XeberPlus

Ən son xəbərlər

Texnologiya

ChatGPT-də yeni funksiya: Söhbətləri şifrə ilə qorumaq mümkün olacaq

“ChatGPT” istifadəçilərinin məxfiliyini qorumaq üçün yeni funksiya təqdim olunur. “Kilidli söhbətlər” adlı yenilik şəxsi yazışmaları əlavə təhlükəsizlik vasitələri ilə qorumağa imkan verəcək.

XeberPlus.com xəbər verir ki, yeni funksiya vasitəsilə istifadəçilər gizli saxlamaq istədikləri söhbətləri dördrəqəmli PIN kod, üz tanıma və ya barmaq izi ilə kilidləyə biləcəklər.

Beləliklə, telefona və ya digər cihaza çıxışı olan şəxslərin qorunan yazışmaları açmasının qarşısını almaq mümkün olacaq.

Funksiya həm ödənişsiz, həm də ödənişli formada istifadəçilərə mərhələli şəkildə təqdim edilir. Bu səbəbdən yenilik bütün hesablarda eyni vaxtda görünməyə bilər.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *