XeberPlus

Ən son xəbərlər

Ölkə

AYNA süni intellekt sisteminə 3 milyon manatdan çox vəsait ayırmağı planlaşdırır

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ictimai nəqliyyatın idarə olunmasında yeni texnologiyaların tətbiqinə hazırlaşır. Qurum süni intellekt platforması və nəqliyyat şəbəkəsinin diaqnostikası sisteminin alınması üçün müsabiqə elan edib.

XeberPlus.com xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 3 milyon 46 min 381 manat 90 qəpik təşkil edir.

Layihə çərçivəsində süni intellekt platformasının, ictimai nəqliyyat şəbəkəsinin diaqnostikası sisteminin və birillik texniki dəstək xidmətinin satın alınması nəzərdə tutulur.

Satınalma proqram təminatına texniki xidmət və dəstəyi də əhatə edir.

Qeyd edək ki, açıqlanan məbləğ satınalmanın ehtimal olunan qiymətidir. Müsabiqənin yekun nəticəsi və faktiki müqavilə dəyəri barədə hələ məlumat verilməyib.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *