“Bir Ana Haqqında” filmi Türkiyədə ilk dəfə olaraq Qızıl Portağal Film Festivalında nümayiş etdirilib
Beynəlxalq Antalya Qızıl Portağal Film Festivalında rejissor Büşra Bülbülün “Bir Ana Haqqında” filminin Türkiyədə premyerası baş tutub.
XeberPlus.com türk mediasına istinadla bildirir ki, Baş rollarda Sevda Erginci, Duygu Köse, Ümran Şakır, Osman Doğan, Ecmel İs Ergür və Ahmet Çelikin rol aldığı film Sibelin qaraciyər çatışmazlığının son mərhələsində olan ərini yaşatmaq üçün verdiyi mübarizədən bəhs edir.
Sibel rolunu canlandıran aktrisa Sevda Erginci, rol üzərində işləyərkən personajın üzləşdiyi mənəvi dilemmalar barədə çox düşündüyünü bildirib.








