Azərbaycan futbolu tarixində yüksək liqada 15 000-ci qol vurulub.
XeberPlus.com xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, yubiley qol Azərbaycan Premyer Liqasının IX turunun ikinci matçında vurulub.
“Zirə” – “Sumqayıt” qarşılaşmasında qeydə alınan ikinci qol çempionatlar tarixinə 15 000-ci qol kimi düşüb. Bu qolu meydan sahiblərinin futbolçusu Rikardo Martins vurub.








