XeberPlus

Ən son xəbərlər

İdman

Renat Dadaşovun yeni klubu məlum oldu

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun yeni komandası bəlli olub.

XeberPlus.com AZƏRTAC-a istinadən xəbər verir ki, 27 yaşlı hücumçu Ukraynanın “Bukovina” klubu ilə anlaşıb.

Təcrübəli forvard 2-3 gün ərzində yeni komandası ilə müqavilə imzalayacaq. Sözləşmənin detalları bəlli deyil.

Məlumat üçün bildirək ki, “Bukovina” bu mövsüm Ukrayna Premyer Liqasına yüksəlib. Komanda hazırda 5 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Xatırladaq ki, Renat Dadaşov son olaraq Polşanın “Motor” klubunda çıxış edib. O, ötən mövsümün sonunda Lublin təmsilçisindən ayrılıb.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *