XeberPlus

Ən son xəbərlər

Psixologiya

Ayrılıqdan sonra niyə keçmişə qayıdırıq? – PSIXOLOQLA MÜSAHİBƏ

Keçmiş münasibətin sona çatması insanın həyatında yalnız bir insanın yox, həm də xatirələrin, vərdişlərin və emosional bağların geridə qalması deməkdir. Bəzən münasibət bitdikdən sonra insan uzun müddət keçmişi düşünür, yaşananları təkrar-təkrar xatırlayır və yeni həyata uyğunlaşmaqda çətinlik çəkir. Bu prosesin sevgi, emosional bağlılıq və insanın özünə olan münasibəti ilə hansı əlaqəsinin olduğu isə maraq doğuran suallardandır. 

Psixoloq Fərqanə Mehmanqızı köhnə münasibətlərin həyatımıza təsirilə bağlı XeberPlus.com-a müsahibə verib:

Fərqanə xanım, insan keçmiş münasibəti bitirdikdən sonra niyə uzun müddət həmin insanı və yaşananları düşünməyə davam edir? Bu, sevgi ilə bağlıdır, yoxsa psixoloji bağlılıqdan qaynaqlanır?

-“Keçmiş münasibəti necə bitirmək insanın xislətindən asılıdır. Hamı eyni gün bitirib yaxud başlayacaq deyə bir anlayış yoxdur, bu münasibətdən asılıdır. Münasibətdə verilən dəyərlər çox önəmlidir. Həmçinin nə yaşandığı da olduğca əhəmiyyətlidir. Münasibəti bitirmək və davam etdirmək, əlaqənin insanda yaratdığı hisslərdən asılıdır. Elə münasibət var ki, bitdikdən sonra unudulur, lakin bunun əksi olan sevgi əlaqələridə mövcuddur”.

-Sizcə, Keçmiş münasibəti sağlam şəkildə geridə qoymaq və yeni həyata davam etmək üçün insan özündə hansı dəyişiklikləri etməlidir?

-“Əgər münasibət dəyərli olubsa, bu zaman insan bir müddət özünü sorğulayır. Münasibət bitdikdəb sonra artıq onu beyindən silmək və özünlə xoşbəxt olmağı bacarmaq lazımdır.Özünü xoşbəxt etməyi bacaran insan münasibətdə olduğu şəxsidə xoşbəxt edir. Köhnə münasibəti sağlam şəkildə geridə qoyub yeni səhfə açan insan sevdiyi işlərlə və hobbilərlə maraqlanmalıdır. Adam var tək qaldığda daha yaxşı təkmilləşir, elə insan var dostlarıyla olmaq ona daha çox kömək edir. Hər bir insan ona xeyir verən işlərlə məşğul olmalıdır”.

-Köhnə münasibətin bitməsi özgüvənə nə dərəcədə təsir edir?

-“Özgüvənə təsiridə xarakter çox önəmlidir. Elə insan var ki, toksik münasibəti özü bitirir, bəzən isə tərk edilmə özgüvənə mənfi təsir edir. Unutmaq olmaz ki, hər kəs yerində dəyərlidir. Buna görə də insan sevdiyi işlərlə məşğul olmalı, sevdiklərinin yanında olmalıdır ki, dəyərli olduğunu anlasın”.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *