XeberPlus

Ən son xəbərlər

Maraqlı

Alimlər okeana 75 kiloqram qırmızı boya tökdülər – Səbəbi məlum oldu

ABŞ-də alimlər okean sularının hərəkətini araşdırmaq məqsədilə Atlantik okeanına 75 kiloqram qırmızı boya buraxıblar. Təcrübə nəticəsində suyun səthində və dərin qatlarında hərəkətin ciddi şəkildə fərqləndiyi müəyyən edilib.

XeberPlus.com xəbər verir ki, tədqiqat ABŞ-nin Massaçusets ştatındakı Marta-Vinyard adasının sahillərində aparılıb. Alimlər xüsusi tədqiqat gəmisindən okeana təxminən 492 litr boya qarışığı buraxaraq onun hərəkətini izləyiblər.

Təcrübə zamanı dəniz suyuna yaxın sıxlığa malik xüsusi boyadan istifadə olunub. Bu üsul alimlərə su axınlarının istiqamətini və müxtəlif dərinliklərdəki qatların bir-biri ilə necə qarışdığını müəyyənləşdirməyə imkan verib.

Təxminən 33 saat davam edən müşahidələr nəticəsində okeanın səthinə yaxın sularda qarışmanın dərin qatlarla müqayisədə 140 dəfə daha güclü olduğu aşkarlanıb.

Araşdırma zamanı izlənilən boyanın 99 faizinin səthə yaxın su qatında qaldığı müəyyən edilib. Dərinliklərdə isə yalnız az miqdarda boya aşkar olunub.

Alimlər bildiriblər ki, suyun sıxlığının dərinliyə görə dəyişməsi səthdəki maddələrin aşağı qatlara keçməsini ləngidir. Buna görə də bəzi maddələrin okeanın dərinliklərinə çatması bir neçə saat deyil, günlərlə davam edə bilər.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *