ABŞ-da təsirini artıran güclü fırtına və leysan yağışlar ciddi fəsadlara səbəb olub. Təbii fəlakət nəticəsində ən azı 6 nəfər həyatını itirib, bölgələrdə isə gündəlik həyat demək olar ki, iflic olub.
Şiddətli yağışların səbəb olduğu daşqınlar küçələri və yaşayış ərazilərini su altında qoyub. Bir çox yerlərdə yollar bağlanıb, nəqliyyatda ciddi problemlər yaranıb və sakinlər təhlükəli vəziyyətlə üzləşiblər.
Xilasetmə qrupları su basmış ərazilərdə axtarış və yardım işlərini davam etdirir. Səlahiyyətlilər əhaliyə təhlükəli bölgələrdən uzaq durmaq və hava xəbərdarlıqlarına əməl etmək barədə çağırış edib.
Meteoroloqlar fırtınanın təsirinin davam edə biləcəyini və bəzi bölgələrdə yeni sel riskinin yarana biləcəyini bildiriblər. Hadisədən zərər çəkən ərazilərdə təmizlik və bərpa işlərinə başlanılıb.
Mənbə:nefes








