Ruhi Çenetin ABŞ-da yaşayan Hasidik yəhudilər haqqında hazırladığı sənədli film geniş müzakirələrə səbəb olub. Film bu icmanın müasir dünyanın içində, lakin öz dini qaydaları ilə qapalı həyat sürdüyünü göstərir.
Hasidik ailələrin böyük hissəsinin çoxuşaqlı olduğu bildirilir. Bir çox ailədə orta hesabla 8-10 uşaq olur. Buna görə də bəzi ailələr dövlətin sosial dəstək proqramlarından daha çox yararlanır. ABŞ-da bəzi mənbələrdə bu ailələrin illik orta hesabla 75 min ilə 100 min dollar dövlət yardımı ala bildiyi qeyd olunur.
Müzakirələrin əsas səbəblərindən biri isə bəzi amerikalıların ödədikləri vergilərin bu icmaya ayrılan sosial proqramlara yönəldiyini düşünməsi olub. Tənqidçilər bildirirlər ki, qapalı həyat tərzi keçirən və əmək bazarında daha az iştirak edən bəzi icma üzvləri dövlət dəstəklərindən geniş istifadə edir.
Digər tərəfdən, Hasidik icması öz dini ənənələrini qoruyan, güclü ailə bağlarına malik qrup kimi tanınır. Onlar seçkilərdə çox vaxt icma liderlərinin tövsiyə etdiyi namizədlərə kollektiv şəkildə səs vermələri ilə də diqqət çəkirlər.
Bu səbəbdən bəzi amerikalılar siyasətçilərin böyük seçici kütləsinin dəstəyini qazanmaq üçün bu icmaya xüsusi güzəştlər etdiyini iddia edir. Mövzu ABŞ-da həm sosial yardım sistemi, həm də dini icmaların cəmiyyətdəki rolu ilə bağlı geniş müzakirələr yaradıb.
Mənbə: Milliyet







