Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın nümayəndəsi general-mayor Türki əl-Maliki bildirib ki, Husilər Nəcran bölgəsində mülki obyektlərə zərbələr endirib.
Türki əl-Malikinin qeyd edib ki, Husilərin Nəcran şəhərinə hücumu nəticəsində bir qadın və bir azyaşlı da daxil olmaqla 11 nəfər yaralanıb:
“Cümə axşamı Husilərin Nəcran bölgəsinə təşkil etdiyi terror hücumları nəticəsində 11 mülki şəxs yaralanıb. Onlardan 7-si Səudiyyə Ərəbistanı vətəndaşıdır. Yaralananlar arasında ikinci dərəcəli yanıq xəsarətləri alan qadın və 4 yaşlı uşaq da var. Digər yaralılardan biri Yəmən, ikisi Misir, biri isə Pakistan vətəndaşıdır”, – bildirən general-mayor X sosial şəbəkəsində paylaşım edib.
Əl-Maliki bildirib ki, Husilər mülki obyektləri hədəfə alaraq beynəlxalq humanitar hüququ pozublar.







