XeberPlus

Ən son xəbərlər

Texnologiya

Samsung yeni ağıllı qolbağıın yayımlayıb

Samsung-un yeni ağıllı qolbağı “Galaxy Fit 4”ün ilk görüntüləri yayılıb. Şirkətin münasib qiymətli cihazlar seriyasını yeniləməyə hazırlaşdığı bildirilir.

XeberPlus.com xəbər verir ki, internetdə yayılan 360 dərəcəlik görüntülər yeni modelin dizaynını müxtəlif bucaqlardan nümayiş etdirir.

Məlumata görə, “Galaxy Fit 4” qara, ağ və açıq mavi rənglərdə təqdim oluna bilər. Cihaz uzunsov ekranı, yuvarlaq küncləri, yan düyməsi və silikon qayışı ilə əvvəlki “Galaxy Fit 3” modelinə xeyli bənzəyir.

Qolbağın arxa hissəsində ürək döyüntüsünü və digər sağlamlıq göstəricilərini izləmək üçün sensorların yerləşdiyi görünür. Bununla belə, yeni modelin hansı əlavə funksiyalarla təchiz ediləcəyi hələ məlum deyil.

Samsung cihazın texniki xüsusiyyətlərini, qiymətini və satış tarixini rəsmi olaraq açıqlamayıb. Əvvəlki modelin təxminən 60 dollardan satışa çıxarıldığını nəzərə alsaq, yeni qolbağın da münasib qiymət seqmentində yer alacağı ehtimal olunur.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *