XeberPlus

Ən son xəbərlər

Araşdırma

Marsa gediş-dönüş missiyası başladı

Yaponiya kosmik tədqiqatlarda yeni mərhələyə qədəm qoyur. Ölkənin kosmik agentliyi
“JAXA”Marsın peyki Fobosdan torpaq və qaya nümunələri toplayaraq Yerə gətirməyi hədəfləyən “MMX” missiyası üzərində işləyir.

XeberPlus.com xəbər verir ki, missiya çərçivəsində kosmik aparatın təxminən 225 milyon kilometr məsafə qət edərək Mars sisteminə çatması nəzərdə tutulur.

Planlaşdırılan əməliyyata əsasən, aparat Fobosun səthini araşdıracaq, ora kiçik tədqiqat robotu endirəcək və təxminən 10 qram nümunə toplayacaq. Daha sonra həmin materiallar xüsusi kapsulla Yerə göndəriləcək.

Layihədə NASA və Avropa kosmik qurumları da iştirak edir. Alimlər hesab edirlər ki, toplanacaq nümunələr Marsın peyklərinin necə yarandığını və Qırmızı planetin keçmişini daha yaxşı anlamağa kömək edə bilər.

Missiyanın plan üzrə həyata keçiriləcəyi təqdirdə, nümunələrin 2031-ci ildə Yerə çatdırılması gözlənilir.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *