XeberPlus

Ən son xəbərlər

Araşdırma

Manqonun orqanizmə faydaları

Tropik meyvələr sırasında olan manqo təkcə şinin dadı ilə yox, zəngin vitamin bolluğu ilə seçilən meyvədir. Tərkibində olan A və C vitamini bu meyvənin əsas üstün cəhətlərindən biridir.

XeberPlus.com xəbər verir ki, manqonun tərkibindəki vitaminlər immuniteti dəstəkləyir. Tərkibindəki lif bağırsaq sağlamlığı üçün faydalıdır. A vitamini isə gözə olduqca xeyir edir.

Manqonun tərkibində müxtəlif antioksidant və bitki mənşəli birləşmələr mövcuddur. Onlar orqanizmdə oksidləşdirici stressə qarşı müdafiə mexanizmlərinə dəstək olur.

Dəriyə olduqca fayda verən bu meyvə sızanaqların yaranmasının qarşısını alır, dolmuş məsamələri təmizləyir və aradan qaldırır.

Həmçinin, manqoda E vitamini mövcuddur. Bu meyvənin qəbulu qırmızı qan hüceyələrinin artmasına səbəb olur.

Manqoda təbii karbohidratlar olduğundan gün ərzində enerji ehtiyacını qarşılamağa kömək edən meyvələrdən biri hesab olunur. Onu ara yemək kimi tək və ya qatıq, yulaf və digər meyvələrlə birlikdə qəbul etmək mümkündür.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *