XeberPlus

Ən son xəbərlər

Sağlamlıq

Qaraciyər sağlamlığını qoruyan 5 QİDA

Qaraciyər orqanizmdə zərərli maddələrin emalında, maddələr mübadiləsində və həzmdə mühüm rol oynayır. Düzgün qidalanma isə bu orqanın fəaliyyətinin qorunmasına kömək edir. Bəzi qidalar tərkibindəki vitaminlər və faydalı yağlar sayəsində qaraciyərin sağlamlığına müsbət təsir göstərir.

XeberPlus.com qaraciyərə fayda verən qidaları təüdim edir:

1. Brokoli

Brokoli lif və antioksidantlarla zəngin tərəvəzdir. Onun müntəzəm istehlakı sağlam qidalanmaya töhfə verir və qaraciyərin normal fəaliyyətini dəstəkləyir.

2. Qoz

Qozun tərkibində faydalı yağlar, o cümlədən omeqa-3 yağ turşuları və antioksidantlar var. Bu xüsusiyyətləri onu qaraciyərin sağlamlığını qorumağa kömək edən qidalardan birinə çevirir.

3. Balıq

Somon, sardina və skumbriya kimi balıqlar omeqa-3 yağ turşuları ilə zəngindir. Bu yağlar orqanizmdə iltihab proseslərinin tənzimlənməsinə kömək edir və qaraciyərdə yağ toplanması ilə bağlı problemlərin azaldılmasında faydalı ola bilir.

4. Zeytun yağı

Zeytun yağı sağlam yağ mənbəyidir. Onun doymamış yağ turşuları ilə zəngin olması balanslı qidalanmada mühüm yer tutur. Zeytun yağının digər sağlam qidalarla birlikdə istehlakı qaraciyərin fəaliyyətini dəstəkləyə bilər.

5. Qəhvə

Araşdırmalar göstərir ki, qəhvə istehlakı bəzi xroniki qaraciyər xəstəliklərinin inkişaf riskinin azalması ilə əlaqəlidir. Xüsusilə şəkərsiz qəhvənin ölçülü miqdarda qəbulu qaraciyər sağlamlığı baxımından faydalı ola bilər.

Həmçinin zəncəfil çayı və yaşıl çay kimi bitki çaylarda qaraciyər üçün faydalıdır. C vitaminilə zəngin portağal və kividə qaraciyərin dostudur.

Qaraciyəri qorumaq üçün yalnız müəyyən qidaları qəbul etmək kifayət deyil. Balanslı qidalanmaq, fiziki aktivliyi artırmaq, artıq çəkidən qorunmaq və alkoqoldan uzaq durmaq da vacibdir.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *