XeberPlus

Ən son xəbərlər

Texnologiya

Hakerlər 400-dən çox bank və maliyyə qurumuna hücum etdi

Süni intellekt texnologiyalarından istifadə edən hakerlər Latın Amerikasında 400-dən çox maliyyə qurumunu hədəfə alıblar. Kiberhücumlarda müştərilərin şəxsi məlumatlarının, bank hesablarının və şifrələrin ələ keçirildiyi bildirilir.

XeberPlus.com xəbər verir ki, kibertəhlükəsizlik şirkəti Straiker-in araşdırmasına əsasən, “CyberCartel” adlı haker qrupu hücumları həyata keçirmək üçün “Claude”, “Grok” kimi süni intellekt modellərindən istifadə edib.

Məlumata görə, hakerlər süni intellekt sistemləri arasında vəzifə bölgüsü aparıblar. Bəzi modellər təhlükəsizlik boşluqlarını müəyyənləşdirib, digərləri hücumları planlaşdırıb və əldə edilən məlumatları toplayıb. Bu proseslərin bir hissəsi insan müdaxiləsi olmadan həyata keçirilib.

Araşdırma zamanı 2 900-dən çox elektron poçt ünvanı, 900-dən artıq bank hesabı nömrəsi və 200-dən çox təhlükəsizlik boşluğu ilə bağlı məlumat aşkarlanıb.

Hadisədən sonra “Claude”-un yaradıcısı “Anthropic” şirkəti hakerlərin sistemə giriş imkanını bloklayıb. Bununla belə, hücumlar nəticəsində nə qədər pulun oğurlandığı və neçə maliyyə qurumunun sisteminə faktiki müdaxilə edildiyi hələ dəqiq məlum deyil.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *