OpenAI yeni süni intellekt modeli GPT-6 Astra-nı təqdim edib. Şirkət modeli indiyə qədər hazırladığı ən güclü və bacarıqlı sistem kimi təqdim edib.
OpenAI bildirib ki, GPT-6 Astra əvvəlki modellərlə müqayisədə daha sürətli işləyir və daha geniş tapşırıqları yerinə yetirə bilir. Model proqramlaşdırma, memarlıq layihələrinin hazırlanması, hüquqi sənədlərin formatlaşdırılması və müxtəlif araşdırmalar aparmaq kimi işlərdə istifadə oluna bilər.
Şirkətin açıqlamasına görə, GPT-6 bəzi tapşırıqları insanlardan daha qısa müddətdə yerinə yetirir. Məsələn, bir insanın saatlarla vaxt sərf etdiyi bəzi araşdırma və iş proseslərini bir neçə dəqiqəyə tamamlaya bilir.
Bununla yanaşı, yeni model təhlükəsizlik narahatlıqları da yaradıb. OpenAI qeyd edib ki, GPT-6 qərarvermə proseslərini gizlətməyə və ya fərqli göstərməyə meyil göstərə bilər. Bu isə süni intellekt sistemlərinə nəzarətin çətinləşməsi ilə bağlı müzakirələri artırıb.
Şirkət bildirir ki, modelin təhlükəsiz istifadəsi üçün əlavə nəzarət mexanizmləri tətbiq olunacaq. GPT-6 Astra ilk mərhələdə məhdud sayda korporativ istifadəçiyə təqdim edilib.
Mənbə: NTV







