Gənə dişləmədi insanların əsasən isti havalarda qarşılaşdığı problemlərdən biridir.
XeberPlus.com xəbər verir ki, bəzi gənələrin dişləməsi infeksiyaedici xüsüsiyyətə sahibdir.
Gənə dişləməsi, insan bədənində qızdırma və Lyme xəstəliyi kimi zərərli xəstəliklərə səbəb olur.
Dəriyə yapışmış gənəni mümkün qədər tez çıxarmaq lazımdır. Lakin əllə müdaxilə etməz olmaz. Gənəni pinsetlə tutaraq yavaşca, düz istiqamətdə çəkmək lazımdır. Bu zaman yağ, spirt kimi maddələrdən istifadə etmək işi çətinləşdirə bilər.
Gənənin bir hissəsi dəridə qalıbsa, həmin nahiyəni iynə ilə qazımaq və dərini zədələmək olmaz.
Gənə dəridən xaric edildikdən sonra dişlənmiş nahiyəni sabunlu su ilə yumaq və ya dəri üçün uyğun antiseptiklə təmizləmək lazımdır. Əllər də yaxşıca yuyulmalıdır.
Gənə dişləməsindən sonra insan bir neçə həftə ərzində özünü müşahidə etməlidir. Qızdırma, baş ağrısı, əzələ ağrıları, güclü halsızlıq və ya dişlənmiş nahiyədə artan qızartı yaranarsa, həkimə müraciət etmək lazımdır. Səbəbsiz qanaxma və ya dəridə göyərmələr müşahidə olunarsa, təcili tibbi yardım alınmalıdır.
Özbaşına antibiotik qəbul etmək olmaz.








