İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi ölkəsinin müharibə tərəfdarı olmadığını bildirib.
XeberPlus.com xəbər verir ki, bu barədə o Minab şəhərindəki Şəcərətüt-Tayyibə ibtidai məktəbində çıxış edərkən qeyd edib:
“İran heç vaxt müharibə axtarışında olmayıb, lakin döyüşməyi yaxşı bacarır. Biz 200 ildir müharibəyə başlamamışıq, amma təcavüzkarlara ağır dərslər vermişik”.
K.Qəribabadi irana hücum olacağı təqdirdə cavab veriləcəyinidə vurğulayıb. O Hörmüz məsələsinədə toxunub:
“Hörmüz boğazı İrana məxsus su yolunun simvolu hesab olunur və biz bu boğazdan düşmənlə mübarizə vasitəsi kimi istifadə edəcəyik”.








