XeberPlus

Ən son xəbərlər

Dünya

ABŞ-də silahlı hücum: 8 nəfər öldürüldü

ABŞ-nin Pensilvaniya ştatında 45 yaşlı şəxs 2-si uşaq, 1-i hamilə qadın olmaqla, ümumilikdə 8 nəfəri tapança ilə güllələyərək öldürüb.

XeberPlus.com türk mediasına istinadla xəbər verir ki, hadisədən sonra şəxs intihar edib.

Polis Rik Lorah mətbuat konfransında çıxışı zamanı ölənlərdən 7-nin eyni ailənin üzvləri, digərinin isə ailənin yaxın dostu olduğunu açıqlayıb.

Təhlükəsizlik kameralarının qeydləri araşdırıldıqdan sonra 37 və 51 yaşlı iki qadının evin həyətində güllələndiyi məlum olub. Hadisə yerinə baxış zamanı binanın birinci mərtəbəsində 1 və 5 yaşlı uşaqların cəsədləri tapılıb. Digər 4 nəfərin, o cümlədən 8 aylıq hamilə qadının isə evin yuxarı mərtəbəsində güllə yaralarından öldüyü bildirilib.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *