Qarağat xırda ölçüsünə baxmayaraq, vitamin və antioksidantlarla zəngin meyvələrdən biridir. Turşməzə dadı ilə seçilən bu giləmeyvə müxtəlif desert, mürəbbə və içkilərin hazırlanmasında istifadə olunur.
XeberPlus.com bildirir ki, qarğatın tərkibində olan C vitamini, lif, kalium orqanizm üçün çox faydalıdır.
Qarağatın tərkibində olan C vitamini immunitet sistemini dəstəkləyir. Bu vitamin dərin kollegen fəaliyyətində iştirak etdiyi üçün dəri üçün çox faydalıdır.
Liflə zəngin olan bu giləmeyvə bağırsaqlar üçün də çox faydalıdır. Qarağatda olan kalium normal qan təzyiqinin və əzələ fəaliyyətinin qorunmasına kömək edən minerallardandır.
Dəmirlə zəngin olduğu üçün anemiyadan əziyyət çəkən şəxlər üçün çox faydalıdır.
Qarağatın yarpaqları tibbi profilaktikada geniş istifadə edilir. Qara qarağat iltihab və revmatizməleyhinə güclü giləmeyvədir.








