Kabak su, lif və vitamin dəyəri yüksək olan tərəvəzdir. Tərkibindəki A, C, B qrupu vitaminləri, potasium, maqnezium və antioksidantlar orqanizm üçün faydalıdır.
XeberPlus.com bildirir ki, kabakın həm Azərbaycan, həm də Türk mətbəxində geniş istifadə edilməsi təsadüfi deyil. Kabak gözlər üçün çox faydalıdır. Tərkibindəki C vitamini, beta-karoten, lutein və zeaksantin kimi güclü antioksidantlar gözün torlu qişasını qoruyur və yaşla bağlı yaranan göz xəstəliklərinin qarşısını alır.
Kabak ürək-damara da olduqca xeyir edən tərəvəzdir. Qandakı xolesterol səviyyəsini aşağı salaraq damar və ürək tutulması kimi riskləri azaldır.
Qan şəkərinin qəfil yüksəlməsinin qarşısını alır. Kabak sümüklər üçündə faydalıdır. Təkibindəki maqnezium, kalsium və sink sümük toxumalarını gücləndirir.
Kabak təbii sidikqovucu olmaqla, böyrəklərdən toksinlərin xaric olmasında rol oynayır. Həmçinin kabakın qəbulu anemiya təhlükəsini də azaldır.








