XeberPlus

Ən son xəbərlər

Dünya

ABŞ hipersəs raketini sınaqdan keçirdi

ABŞ Hərbi Hava Qüvvələri yeni nəsil hipersəs raketi olan HACM-in ilk uğurlu uçuş sınağını həyata keçirib. Sınaq uzunmənzilli zərbə imkanlarının inkişaf etdirilməsi məqsədilə ABŞ və Avstraliya əməkdaşlığı çərçivəsində keçirilib.

XeberPlus.com xəbər verir ki, “The War Zone” nəşrinin ABŞ Hərbi Hava Qüvvələrinin nümayəndəsinə istinadən yaydığı məlumata görə, sınaq Avstraliyanın Vumera poliqonunda baş tutub.

Bildirilib ki, Avstraliya Kral Hərbi Hava Qüvvələri sınaq zamanı raketin imkanlarını qiymətləndirmək üçün müxtəlif məlumatlar toplayıb. Lakin raketin hansı təyyarədən buraxıldığı və sınağın dəqiq tarixi açıqlanmayıb.

Açıq mənbələrə əsasən, HACM hipersəs raketinin təxminən 500 kilometr məsafə qət edə biləcəyi və sürətinin 7 Maxa qədər çatacağı gözlənilir. Bu göstəricilər raketi müasir hərbi texnologiyalar arasında xüsusi mövqeyə çıxarır.

Raketin ABŞ Hərbi Hava Qüvvələrinin F-15E “Strike Eagle” və F/A-18F “Super Hornet” qırıcılarından buraxılması planlaşdırılır.

ABŞ tərəfi HACM layihəsi üzrə işləri davam etdirir və 2027-ci ilin sonuna qədər raketlərin məhdud həcmdə istehsalına başlanmasını planlaşdırır.

Hipersəs silahlar yüksək sürəti və manevr imkanlarına görə müasir hərbi texnologiyaların ən vacib istiqamətlərindən biri hesab olunur. Ölkələr bu sahədə üstünlük əldə etmək üçün yeni raket sistemlərinin hazırlanmasına böyük sərmayələr yatırırlar.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *