ABŞ müdafiə naziri yeni qərar qəbul edib.
XeberPlus.com xəbər verir ki, ABŞ müdafiə naziri Pit Heqset Virciniya ştatındakı Quantico Dəniz Piyadaları bazasında çıxışı zamanı ABŞ ordusunda general və admiral vəzifələrinin sayının 1 yanvar 2027-ci ilədək 20 faiz azaldılacağını açıqlayıb.
Təxminən 800 yüksək rütbəli zabit vəzifəsini əhatə edən dəyişikliklərin 1 yanvar 2027-ci ilədək həyata keçirilməsi planlaşdırılır.
P.Heqset bunu ordudakı bürokratik strukturların ixtisarı ilə əsaslandırır. Qərarla razılaşmayanlar isə bu halın təcrübəli yüksək rütbəli zabitlərin vəzifədən uzaqlaşdırılmasına səbəb ola biləcəyini bildirirlər.








