Yeni sənədli-dram filmi “A Child of My Own” (“Mənim öz övladım”) analıq arzusunu reallaşdırmaq üçün cinayətə əl atan gənc meksikalı qadının cəmiyyətdə böyük əks-səda doğuran hekayəsindən bəhs edir.
17 iyun 2009-cu ildə 26 yaşlı qadın Mexiko şəhərindəki xəstəxanadan əlində hədiyyə çantası ilə ayrıldı.
Çantanın içində yeni doğulmuş qız uşağı vardı. Bu qadın Eleonor Alejandra Marín Mendoza idi. Lakin körpənin anası deyildi.
Bir neçə saat sonra o və həyat yoldaşı Arturo moteldə saxlanılıb, körpə Katya Valentina isə heç bir xəsarət almadan ailəsinə təhvil verilib.
Mendoza insan oğurluğu ittihamı ilə 13 il müddətinə azadlıqdan məhrum edilib. Onun işi doqquz ay ərzində hamiləlik görüntüsü yaradaraq həyat yoldaşını, ailəsini və həkimləri aldatması səbəbilə Meksikada böyük rezonans doğurub.
Mənbə: bbc.com







