Bu gün dünya tarixində yadda qalan mühüm hadisələri ilə diqqət çəkir.
XeberPlus.com bu hadisələri təqdim edir:
1 Oktyabr Azərbaycanda baş verənlər:
1918 – ci ildə Azərbaycan Xalq Cümhuriyyətində prokurorluq orqanlarının əsası qoyulub.
2001 – ci ildə Azərbaycan terrorizmin maliyyələşdirilməsi ilə mübarizə üzrə beynəlxalq konvensiyaya qoşulub.
2003 – cü ildə Şirvan Milli Parkı yaradılıb.
2014 – cü ildə Bakının Miniatür Kitab Muzeyi Ginnesin rekordlar kitabına düşüb.
1 Oktyabr dünya tarixində baş verənlər:
1949 – cu ildə Çin Xalq Respublikası elan edildi.
1958 – ci ildə NASA fəaliyyətə başlayıb.
1960 – cı ildə Kipr müstəqil dövlət kimi fəaliyyətə başladı.
1961 – ci ildə ABŞ Müdafiə Kəşfiyyat Agentliyi yaradıldı.
1961 – ci ildə Britaniya Kamerununun cənub hissəsi Kamerun Respublikasına birləşərək Federativ Kamerun Respublikasının yaranmasında iştirak etdi.
2001 – ci ildəYaponiyada 3G mobil rabitə dövrü başladı.








