XeberPlus

Ən son xəbərlər

Mədəniyyət

Rəşid Behbudov – Azərbaycan musiqisinin unudulmaz səsi

Azərbaycan musiqisinin elə səsləri var ki, illər keçsə də yaddaşlardan silinmir. Rəşid Behbudov da həmin unudulmaz sənətkarlardandır. Məlahətli səsi, özünəməxsus ifa tərzi və səhnə mədəniyyəti ilə seçilən sənətkar musiqi sənətinin tarixində silinməz iz qoyub.

Rəşid Məcid oğlu Behbudov 1915-ci il dekabrın 14-də Tiflis şəhərində anadan olub. Atası xanəndə olan Rəşidin musiqi duyumu və sevgisidə buradan başlayır. Uşaqlıq illərini tiflisdə keçirən Behbudov buradakı musiqi məktəbində təhsil alıb.

Onun peşəkar musiqi fəaliyyəti isə 1930-cu illərə təsadüf edir. O 10 il sonra bakıya köçür və burada xalq və klassik mahnılarını repertuarına əlavə edir.

Rəşid Behbudov musiqi hissi yüksək sənətkar olmaqla yanaşı həm də yaxşı aktyor olub. Onun “Arşın Mal Alan” filmində canlandırdığı Əsgər obrazı xalqın sevgisini qazanıb. Sələndirdiyi “Sevgili canan”, “Çırpınırdın Qara dəniz” kimi mahnılar olduqca məşhur olub.

 O. türk, gürcü, rus, erməni, fars, hind, ərəb, polyak, alman və digər dillərdə də mahnılar ifa etmişdir. “Gəl ey səhər”,“Azərbaycanım ” ,“Sən gəlməz oldun” , “Ana”, “Ayrılıq”,  kimi mahnılar bu gündə dinlənilir və sevilir.

Rəşid Behbudovun səsi bu gün artıq bir dövrün deyil, Azərbaycan musiqisinin əbədi yaddaşının parçasıdır.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *