Xalq artisti, opera ifaçısı Elçin Əzizov oğlu Cəmillə bağlı paylaşım edib.
XeberPlus.com xəbər verir ki, sənətçi oğunun ad günü olduğunu bildirib və bu haqqda paylaşım edib:
“Ad günün mübarək, Cəmil. Sən bizim davamçımızsan! Səni sevirik”.
E.Əzizovun xanımı Həmidə Məlikova da oğluna xoş arzularını yazıb:
“Ad günün mübarək, mənim xoşbəxtliyim. Qoy şans həmişə səninlə olsun. Uca Allah səni qorusun. Uzun və xoşbəxt ömür yaşa. Məqsədlərinə çat, arzularını və istəklərini həyata keçir, həyatdan və sevgidən zövq al. Sağlamlığın hər zaman möhkəm olsun”.









