Sosial media fenomeni Çağla Öz ilə “Vanlı Qara Heydər” kimi tanınan Mehmet Fatih Tançalanın bazar günü Van şəhərində keçirilən toyundan görüntülər sosial şəbəkələrdə geniş yayılıb.
XeberPlus.com xəbər verir ki, Van Respublika Baş Prokurorluğu sosial mediada paylaşılan görüntülərlə bağlı Mehmet Fatih Tançalan barəsində araşdırmaya başlayıb. O, istintaq çərçivəsində saxlanılıb.
Polis və prokurorluqdakı prosedurlardan sonra “cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması” ittihamı ilə məhkəməyə göndərilən Tançalan barəsində həbs qərarı çıxarılıb.
Onun həyat yoldaşı Çağla Öz barəsində də araşdırma çərçivəsində saxlanılma qərarı verilib. Hazırda onun axtarışda olduğu bildirilir.







