Türkiyəli müğənni İlyas Yalçıntaş narkotik vasitələrin satışı və ya verilməsi ittihamı ilə üzləşib. Onun barəsində hazırlanan ittiham aktında azı 10 il həbs cəzası tələb olunub.
XeberPlus.com xəbər verir ki, müğənninin qan və saç analizlərində THC metaboliti və kokain aşkarlanıb. Yalçıntaş isə narkotik istifadə etmədiyini bildirərək, evində tapılan maddənin kəklikotu olduğunu iddia edib.
Qeyd edək ki, Türkiyədə məşhurlarla bağlı narkotik araşdırmaları davam edir. Müğənnilər, aktyorlar və sosial media fenomenlərinin də adlarının hallandığı proses çərçivəsində bir sıra şəxslər barəsində hüquqi tədbirlər görülüb.








