XeberPlus

Ən son xəbərlər

Sağlamlıq

Detoks içkilərinin hansı fəsadları ola bilər?

Son illər arıqlamaq və orqanizmi “təmizləmək” məqsədilə detoks içkilərinə maraq artıb. Lakin bu içkilərin bədəni xüsusi olaraq toksinlərdən təmizlədiyinə dair güclü elmi sübut yoxdur.

XeberPlus.com xəbər verir ki, xüsusilə yalnız şirə və ya bitki tərkibli içkilərlə qidalanmaq zülal, yağ, lif və digər vacib qida maddələrinin çatışmazlığına səbəb ola bilər. Bəzi detoks içkiləri isə tərkibindən asılı olaraq ishal, qarın ağrısı, susuzlaşma və qan şəkərinin dəyişməsi kimi problemlər yarada bilər.

Həmçinin sidikqovucu və ya işlədici təsir göstərən məhsulların uzun müddət istifadəsi orqanizmdə suelektrolit balansını poza bilər. Buna görə detoks içkilərini sağlam qidalanmanın əvəzi kimi qəbul etmək düzgün deyil.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *