XeberPlus

Ən son xəbərlər

Dünya

Təyyarə qəza etdi: 5 nəfər öldü

ABŞ-ın Florida ştatında Amazona məxsus Boeing 767 tipli yük təyyarəsi Miami Beynəlxalq Hava Limanına eniş zamanı yoldan çıxaraq ağır qəza törədib.

Hadisə nəticəsində 5 nəfər həyatını itirib, 5 nəfər isə yaralanıb. Yaralıların böyük hissəsinin təyyarə heyətinin üzvləri olduğu bildirilib.

Qəza zamanı təyyarənin hava limanı ərazisindəki bəzi nəqliyyat vasitələrinə də çarpdığı qeyd olunub. Sosial mediada yayılan görüntülərdə təyyarənin yoldan kənarda yan vəziyyətdə dayandığı və gövdəsindən qara tüstü qalxdığı görünüb.

Amazon şirkəti hadisəni təsdiqləyərək qəzanın səbəbini müəyyənləşdirmək üçün yerli qurumlarla əməkdaşlıq etdiyini açıqlayıb. Hadisə ilə bağlı araşdırma başladılıb.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *