Rusiyada texnologiya mağazasında çəkildiyi iddia edilən təhlükəsizlik kamerası görüntüləri böyük maraq yaradıb. Videoda sərgidə nümayiş etdirilən insanabənzər robotun onu itələyən müştəriyə qarşılıq verdiyi görünür.
Məlumata görə, hadisə zamanı müştərinin robotu itələməsindən sonra robot döyüş mövqeyi alaraq həmin şəxsə doğru hərəkət edib. Ətrafdakı insanlar müdaxilə edərək robotu dayandırmağa çalışıblar.
Görüntülərin yayılmasından sonra robotların təhlükəsizliyi ilə bağlı müzakirələr artıb. Mütəxəssislər bu tip texnologiyaların insanlarla daha yaxın istifadə olunmasının əlavə təhlükəsizlik tədbirləri tələb etdiyini vurğulayırlar.
Hadisədə iştirak etdiyi deyilən robotun Çin şirkəti Unitree tərəfindən istehsal olunan Unitree G1 modeli olduğu bildirilib. Lakin görüntülərin tam olaraq real hadisə, yoxsa hazırlanmış səhnə olduğu barədə dəqiq məlumat yoxdur.
Mənbə: DonanımHaber







