Prezident Rəcəb Tayyib Ərdoğan MHP sədri Dövlət Baxçalının bacısı Serpil Baxçalının vəfatı ilə bağlı başsağlığı verib.
XeberPlus.com xəbər verir ki, Ərdoğan Serpil Baxçalının vəfatından kədərləndiyini bildirərək mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib. O, paylaşımında Baxçalıya Allahdan rəhmət diləyib, məkanının cənnət olmasını arzulayıb.








