Yunanıstanın Baş naziri Kiryakos Mitsotakis Krit adasında velosiped sürərkən kiçik qəza keçirib.
Məlumata görə, Mitsotakis velosipeddən yıxıldıqdan sonra əlindən yüngül xəsarət alıb. O, ehtiyat tədbiri olaraq Hanya şəhərindəki xəstəxanaya aparılıb.
Həkimlərin müdaxiləsindən sonra baş nazirin vəziyyətinin yaxşı olduğu bildirilib və o, xəstəxanadan buraxılıb.
Hadisənin ciddi nəticələrə səbəb olmadığı qeyd olunur.
Mənbə: haber7.com







