Antalyanın Kaş rayonunda günorta saatlarında meşə yanğını baş verib.
Yanğın İkizcə məhəlləsində qeydə alınıb. Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə yanğınsöndürən və texnika göndərilib.
Həmçinin yanğının söndürülməsi üçün 4 helikopter, 1 təyyarə, 15 yanğınsöndürmə maşını, 3 su çəni və 2 buldozer əraziyə cəlb olunub. Bundan əlavə 95 texniki əməkdaş və yanğınsöndürən alovun qarşısının alınması istiqamətində iş aparıb.
Mənbə: Demirören Haber Ajansı







