XeberPlus

Ən son xəbərlər

Cəmiyyət

“Telefon uşaqlarda aqressiya və emosional problemlər yaradır”- Psixoloqdan AÇIQLAMA

Telefon artıq uşaqların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Lakin saatlarla ekran qarşısında vaxt keçirən uşaqlarda diqqət problemləri, emosional inkişafda çətinliklər və davranış dəyişiklikləri müşahidə oluna bilər. Erkən yaşlardan telefon istifadəsinin artması uşaqların hisslərini ifadə etməsinə, emosiyalarını idarə etməsinə və ətrafdakılarla münasibətlərinə təsirsiz ötüşmür.

Bəs telefonla böyüyən uşaqların inkişafında hansı dəyişikliklər müşahidə olunur?

Mövzu ilə bağlı psixoloq Vüsalə Əmiraslanova XeberPlus.com-a açıqlamasında bildirib ki, saatlarla telefon qarşısında vaxt keçirən uşaqlarda emosional hallar müşahidə edilir:

“Telefon artıq uşaqların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Lakin saatlarla ekran qarşısında vaxt keçirən uşaqlarda diqqət problemləri, emosional inkişafda çətinliklər və davranış dəyişiklikləri müşahidə oluna bilər. Erkən yaşlardan telefon istifadəsinin artması uşaqların hisslərini ifadə etməsinə, emosiyalarını idarə etməsinə və ətrafdakılarla münasibətlərinə təsirsiz ötüşmür”.

Ekspert qeyd edib ki, 3 yaşdan aşağı uşaqlara telefon verilməsi düzgün deyil:

“Telefon üç yaşdan sonra müəyyən nəzarət daxilində verilə bilər. Əgər uşaq nəzarətsiz qalacaqsa,o zaman telefon asılılığı yavaş-yavaş formalaşmağa başlayır”.

Mütəxəssisin sözlərinə görə, yeniyetməlik dövrüdə daxil olmaqla, telefonun yaratdığı aslılıq zamanla aqressiyaya səbəb olur:

“Uşaqların emosional inkişafı zəif olur. Onlar ya çox aqressiv, ya da çox emosional olurlar. Bu, xüsusilə yeniyetməlik dövründə özünü göstərir. Qızlar daha çox ağlamağa meyilli olurlar, oğlanlarda isə aqressiya daha çox özünü göstərir.

Təkcə emosional zəkaya deyil, həmçinin intellektual zəkaya da təsir göstərir. Çünki dərsdən geri qalırlar və maraqları azalır nəticədə təhsildən yayınırlar”.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *