Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeli tibb müəssisələrinə yeni direktor və direktor müavinləri təyin olunub.
Xeberplus.com xəbər verir ki, qurumun icraçı direktoru Anar Bayramov bununla bağlı müvafiq əmrlər imzalayıb.
Erkin Rəhimov
Respublika Pediatriya Mərkəzinin direktor vəzifəsinə Rəhimov Erkin Xəyyam oğlu təyin olunub.

Dinar Qəhrəmanova
Respublika Endokrinoloji Mərkəzinin direktoru vəzifəsinə Qəhrəmanova Dinar İlqar qızı təyin edilib.

Fərəh Qaraqurbanlı
Nizami Tibb Mərkəzinə direktor müavini, doğum evinin rəhbəri vəzifəsinə Tibb elmləri doktoru, professor Qaraqurbanlı Fərəh Afad qızı təyin edilib.

Rəxşəndə Əhmədova
Respublika Dəri-Zöhrəvi Mərkəzinə direktor müavini, baş həkim vəzifəsinə Tibb üzrə fəlsəfə doktoru Əhmədova Rəxşəndə Mənsur qızı təyin olunub.





