XeberPlus

Ən son xəbərlər

Təhsil

700-ə yaxın şəxs ali məktəblərə imtahansız qəbul olmaq hüququ qazanıb

Müsabiqədənkənar qəbul qaydalarına görə, beynəlxalq və respublika fənn olimpiadalarının və yarışların qalibləri ali təhsil müəssisələrinə birbaşa qəbul oluna bilər. Bu hüquq həmçinin beynəlxalq akkreditasiyalı təhsil proqramlarını bitirən abituriyentlərə də şamil olunur.

XeberPlus.com-a DIM-dən verilən məlumata əsasən artıq 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malik olan şəxslər bəllidir. Onların Dövlət İmtahan Mərkəzinə müraciətləri əsasında sənədləri yoxlanılıb və ixtisas seçimi etmək üçün Mərkəzə dəvət olunublar.

Nəticə də, 3 nəfər beynəlxalq, 104 nəfər respublika fənn olimpiadasının qalibi müsabiqədənkənar qəbul hüququ əldə edib. 63 nəfər IB proqramı üzrə təhsil aldığı üçün imtahansız qəbul olunmaq hüququ qazanıb. SAT nəticələri və ADA məktəbinin məzunu kimi 520 abituriyent ADA Universitetinə qəbul olunub. 98 nəfər isə idman istiqaməti üzrə müvafiq ixtisaslara qəbul olmaq hüququ əldə edib.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *