Peşəkar mühasib sertifikatı imtahanında (II mərhələ) iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
XeberPlus.com xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
25 oktyabr 2026-cı il tarixində keçiriləcək peşəkar mühasib sertifikatı imtahanının II mərhələsində (qanunvericilik üzrә) iştirak edəcək namizədlər DİM-in saytından “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
İmtahanda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni “Aktual elektron imtahanlara qeydiyyat, buraxılış vərəqəsi və nəticələrin çapı” xidməti vasitəsi ilə əldə edə bilərlər.
Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.








