İmişlidə 25 yaşlı oğlan toyda öldü
Ötən gün İmişlidə keçirilən toy mərasimində ölüm hadisəsi baş verib. XeberPlus.com “Unikal”-a istinadla xəbər verir ki, hadisə İmişli şəhərində “Nərgizim” şadlıq sarayında qeydə alınıb. 2001-ci il təvəllüdlü Teymur Bayramlının ürəktutmadan vəfat etdiyi bildirilib.














