XeberPlus

Ən son xəbərlər

İdman

Dünyanın ən bahalı 50 futbolçusu açıqlandı – Siyahıya iki türkiyəli də daxil oldu

Dünyanın ən yüksək bazar dəyərinə malik 50 futbolçusunun siyahısı yenilənib. “Transfermarkt”ın açıqladığı reytinqdə Türkiyə millisinin üzvləri Arda Gülər və Kənan Yıldız da yer alıblar.

XeberPlus.com xəbər verir ki, siyahının ilk iki pilləsini 220 milyon avro dəyərlə “Mançester Siti”nin hücumçusu Erlinq Holand və “Barselona”nın futbolçusu Lamin Yamal bölüşürlər.

Üçüncü sırada 200 milyon avro ilə “Real Madrid”in hücumçusu Kilian Mbappe qərarlaşıb. Onu 180 milyon avro dəyərlə Maykl Olise və 160 milyon avro ilə Cud Bellinqem izləyirlər.

Türkiyə millisinin üzvü, “Real Madrid”də çıxış edən Arda Gülərin bazar dəyəri 100 milyon avro olaraq qiymətləndirilib. Gənc futbolçu siyahıda 23-cü pillədə yer alıb.

“Yuventus”un hücumçusu Kənan Yıldız isə 75 milyon avroluq bazar dəyəri ilə dünyanın ən bahalı 50 futbolçusu arasına daxil olaraq 48-ci sırada qərarlaşıb.

Siyahının ilk onluğunda Pedri, Joao Neveş, Xviça Kvaratsxeliya, Vitinya və Vinisius Junior kimi tanınmış futbolçular da yer alıblar.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *