XeberPlus

Ən son xəbərlər

Ölkə

Yaramın qaysağı qopurdu deyə o layihədən getdim

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb.

Modern.az xəbər verir ki, aparıcı “Günaydın, Azərbaycan” verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildirib ki, əvvəllər layihədə valideynləri ilə birlikdə iştirak edib. Lakin onların vəfatından sonra verilişə çıxmaq onun üçün ağır olub:

“Verilişə əvvəl valideynlərimlə çıxırdım. Sonra orada çıxış etmək mənə valideynlərimi xatırladırdı. Çox pis olurdum, təkrar yaramın qaysağı qopurdu. Ona görə də o layihədən getdim”.

Qeyd edək ki, Xoşqədəm Hidayətqızı əvvəl anasını, bir müddət sonra isə atasını itirib

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *