XeberPlus

Ən son xəbərlər

Hadisə

Gəncədə dalaşanları ayırarkən öldürülən şəxs tanınmış vəkilin qardaşı imiş – FOTO

Avqustun 6-na keçən gecə Gəncənin Poçt qəsəbəsində yerləşən restoranların birində baş verən kütləvi dava zamanı qətlə yetirilən 1983-cü il təvəllüdlü Azər Arzu oğlu Yusifov tanınmış vəkil olan Araz Yusifovun qardaşıdır.

XeberPlus.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, Azər Yusifov restoranda dava salan bir qrup gənci ayırmağa çalışarkən bıçaq xəsarəti alıb və hadisə yerində vəfat edib.

Qeyd edək ki, A.Yusifov ailəli olub, iki uşaq atası idi.

Hadisə zamanı 1998-ci il təvəllüdlü Azmat Peçerskiy, 1998-ci il təvəllüdlü Tural İlyasov və 1995-ci il təvəllüdlü Rahib Bayramlı yaralanıb. Cinayəti törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Mirad Məmmədzadə saxlanılıb.

The current image has no alternative text. The file name is: nIINcGHWa0ChmJyxKEqy4ihHNi6Pj68I6n2MKHUr_640.webp

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *