Bu gün dünyada ən çox mesajlaşma platforması kimi tanınan WhatsApp-a yeni özəllik gəlib.
XeberPlus.com xəbər verir ki, bu gündən etibarən Qazaxıstanda WhatsApp Business işlədən şirkət sahibləri və istifadəçilərinə hər biznes nömrəsi üçün 1000 pulsuz mesaj göndərə bilmək hüququ verilir.
Bu limit keçildikdən sonra isə əlavə göndərilən hər mesaj üçün təxminən 0,018 dollar, yəni 8 tenge civarında ödəniş tutulacaq.
Fərdi WhatsApp istifadəçiləri isə tətbiqdən əvvəlki kimi pulsuz yararlanacaqlar.
WhatsApp-ın şirkətlər üçün nəzərdə tutduğu ödəniş sistemi təkcə Qazaxıstanda tətbiq edilmir. Meta müxtəlif ölkələrdə WhatsApp Business Platformundan istifadə edən bizneslərə göndərilən mesajların növünə uyğun fərqli tariflər müəyyənləşdirib.
Şirkətlərin göndərdiyi mesajın növündən asılı olaraq ödəniş məbləği dəyişir. Marketinq, təsdiqləmə və xidmət mesajları üçün fərqli tariflər tətbiq olunur.
Ödəniş yalnız müəyyən hallarda WhatsApp Business Platformundan istifadə edən bizneslərin göndərdiyi mesajlara tətbiq ediləcək.







