XeberPlus

Ən son xəbərlər

İqtisadiyyat

Ukraynanın büdcə kəsirində rekord: “2026-cı ildə ÜDM-in 35 faizi səviyyəsində olacaq”

XeberPlus.com TASS-a istinadla xəbər verir ki, Ukraynanın büdcə kəsiri bu il ÜDM-in 35 faizini keçərək rekord həddə çatacaq. TASS-ın Ukrayna Milli Bankının məlumatları əsasında apardığı hesablamalara görə, kəsirin həcmi 70 milyard dollardan çox olacaq.

Bu rəqəm 2025-ci ilin sonunda parlament tərəfindən qəbul edilən büdcədə nəzərdə tutulan təxminən 42 milyard dollarlıq kəsirdən 30 milyard dollar çoxdur. Həmin vaxt ölkənin büdcə kəsirinin ÜDM-in 18,5 faizini təşkil edəcəyi proqnozlaşdırılırdı.

Ukrayna büdcə kəsirinin maliyyələşdirilməsi üçün əsasən xarici vəsaitlərə, xüsusilə də Avropa İttifaqının 90 milyard avro həcmində yardımına ümid edir.

Ukrayna 2027-ci ildə vəziyyətin yaxşılaşacağını gözləyir. Lakin bu gözləntilər də nikbin görünmür. Belə ki, gələn il büdcə kəsirinin ÜDM-in 26 faizini təşkil edəcəyi, yəni 50-60 milyard dollar səviyyəsində qalacağı proqnozlaşdırılır.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *