Müğənni Mətanət Əsədova sosial şəbəkədə canlı yayım zamanı onu saxta profillərlə tənqid edən şəxslərdən danışıb.
XeberPlus.com xəbər verir ki, ifaçı qatıldığı məclislərdən birində yaşadığı xoşagəlməz hadisədən danışıb. O, fotosunun çəkilməsini istəmədiyini açıq şəkildə bildirsə də, qonağın bu istəyinə məhəl qoymadığını söyləyib:
“Bir məclisdə idim. Formasız biri oynayır, yanındakına da deyir ki, get, şəklini çək. Görünüşü olmayanların bəxti gətirir. Bilirəm fotonu niyə çəkirlər, tanıyıram. Mən də üzümü çevirdim ki, çəkməsin. Gördüm ki, yox, gəlir çəkir. Mənə az cadu edilib, get, sən də et. Edənlər nə qazandı ki, sən də qazanasan”.
M.Əsədova sosial şəbəkələrdə onun barəsində mənfi fikirlər paylaşan saxta hesablarla bağlı da açıqlama verib:
“Biri var, 22 saxta səhifəsi var. Buradan mənə deyirlər ki, səni çox istəyirik. Canlı yayım açan kimi nələr yazırlar. Bir insan göstərin ki, yaxşı işlə məşğuldur”.







