Ölüm mövzusunun əsas götürüldüyü “Gassal” serialında acı təsadüf yenidən gündəmə gəlib. Serialın hər mövsümündə musiqisi və ya aktyorluğu ilə yer alan üç tanınmış sənətçi ard-arda vəfat edib.
XeberPlus.com xəbər verir ki, Şahin Kendirci “Gassal” serialının ilk mövsümündə Ferdi Tayfurun “İçim Yanar” mahnısını səsləndirdikdən qısa müddət sonra, Ferdi Tayfur 2 yanvar 2025-ci ildə 79 yaşında vəfat edib.
İkinci mövsümün finalında Bayhan söz və musiqisi İlhan Şeşenə məxsus olan “Bana Esmeyi Anlat” mahnısını ifa edib. Şeşen bu bölümün yayımlanmasından cəmi iki gün sonra, 26 may 2025-ci ildə vəfat edib.
İkinci və üçüncü mövsümdə serialın heyətində yer alan aktyor Serhat Kılıç çəkiliş meydançasında “Dünya Kadar Malın Olsa Ne Fayda” mahnısını ifa edib. Kılıç 5 sentyabr 2026-cı ildə 51 yaşında vəfat edib.
Beləliklə, “Gassal”ın üç mövsümündə yer alan üç sənətçinin ard-arda vəfat etməsi sosial mediada da diqqət çəkən təsadüf kimi gündəmə gəlib
Mənbə: HaberGlobal







