Türkiyə 1-ci liqasında 6-cı turun oyunu keçirilib.
XeberPlus.com xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Toral Bayramovun çıxış etdiyi “Bursaspor” səfərdə “Manisa”nın qonağı olub. Oyun Bursa təmsilçisinin əzmkar qələbəsi ilə başa çatıb.
“Manisa” – “Bursaspor” – 1:2
Qollar: Syila, 20 (0:1), İheanaço, 27 (1:1); 90+2 (1:2)
Matça ehtiyatdan başlayan Toral Bayramov 46-cı dəqiqədə meydana daxil olub. Millimizin üzvü 58-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, “Buraspor” hazırda 15 xalla 2-ci pillədə qərarlaşıb.//QOL.az







