XeberPlus

Ən son xəbərlər

Maraqlı

18 yaşlı işçi 9 milyon avroluq xəzinə tapdı

Belçikada 18 yaşlı Kobe adlı işçi qazıntı apararkən əvvəlcə adi sikkələr tapdığını düşünüb. Lakin qazıntı dərinləşdikcə divarın arxasında gizlədilmiş böyük bir xəzinə ortaya çıxıb.

Köhnə pivə zavodunun zirzəmisində gizlədilən xəzinənin içindən 49 qızıl külçə, 4 mindən çox qızıl sikkə və müxtəlif qızıl parçaları çıxarılıb. Tapıntının ümumi dəyərinin təxminən 9 milyon avro olduğu hesablanır.

Mütəxəssislər hesab edir ki, qızıllar ondoqquzuncu əsrin sonlarında həmin ərazidə yaşayan varlı Van Assche ailəsi tərəfindən gizlədilmiş ola bilər. Lakin xəzinənin kimə məxsus olduğu hələ də dəqiq müəyyən edilməyib.

Hazırda qızıllar polis tərəfindən qorunan təhlükəsiz yerə aparılıb və onların oğurluq yolu ilə əldə edilib-edilmədiyi araşdırılır. Qanunlara əsasən, əsl sahib tapılmasa, xəzinə ilə bağlı hüquqi proses illərlə davam edə bilər.

Mənbə: Onedio

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *