XeberPlus

Ən son xəbərlər

Hadisə

Tanınmış jurnalist Anar Yusifoğlu xərçəng xəstəliyinə tutuldu: “Bu, qarşıma çıxan bir sınaqdır”

İctimai Televiziyanın İctimai-siyasi proqramlar departamentinin direktoru, tanınmış jurnalist Anar Yusifoğlu xərçəng xəstəliyinə tutulduğunu açıqlayıb.

XeberPlus.com xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, xəstəlik xəbərini ağır qəbul etdiyini, lakin mübarizə əzmindən geri çəkilmədiyini bildirib.

“Xərçəngə nifrət edirəm. Bu sözü yazmaq belə qəribə hissdir. Çünki insan adətən nifrəti bir haqsızlığa və ya xəyanətə yönəldir. Amma xərçəng fərqli bir sınaqdır. Xəbərsiz gəlir və insanın planlarını, arzularını bir anda dəyişir”, – deyə Anar Yusifoğlu qeyd edib.

Jurnalist bildirib ki, həyatdan və sevdiklərindən ayrılmaq fikrində deyil:

“Xərçəng qarşıma çıxan bir sınaqdır. Amma taleyim ondan və bütün xəstəliklərdən daha böyükdür”.

Anar Yusifoğlunun paylaşımı sosial şəbəkələrdə geniş maraq doğurub, çoxsaylı insanlar ona dəstək mesajları göndərib.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *